Tuhel İngiltərəyə qayıdır
İdman
16.10.2024 09:20
Futbol üzrə İngiltərə yığma komandasının baş məşqçisinin adı dəqiqləşib.
TodayPress "The Times"ə istinadən xəbər verir ki, Tomas Tuhel İngiltərə yığmasına başçılıq edəcək.
Məlumatda bildirilib ki, almaniyalı mütəxəssislə İngiltərə Futbol Assosiasiyası arasındakı danışıqlar yekunlaşıb.
Növbəti həftədə Tuhel İngiltərə yığmasının baş məşqçi kimi ictimaiyyətə təqdim olunacaq.
Qeyd edək ki, 51 yaşlı məşqçi karyerası ərzində PSJ, "Çelsi" və "Bavariya" kimi klublarda fəaliyyət göstərib. Tomas Tuhelin son iş yeri elə Münhen təmsilçisi olub.
Namiq HUN
tag: İngiltərə ,Futbol ,Tomas Tuhel ,Çelsi ,Bavariya ,todaypress.az,