Tskayev reytinqdə ön sıraya çıxdı

İdman

15.10.2024 12:52

Cüdo üzrə Abu-Dabidə keçirilən “Böyük dəbilqə” turnirinin qalibləri dünya reytinqində mövqelərini yaxşılaşdırıblar.

TodayPress xəbər verir ki, Azərbaycan cüdoçuları da reytinqdə daha ön sıralara çıxıblar. 

“Böyük Dəbilqə” turnirinin qalibi olan Zelim Tskayev (81 kq) üç pillə irəliləyib. O, hazırda reytinqdə 7-cidir. 

Turnirin gümüş mükafatçısı Uşanqi Kokauri (+100 kq) isə 4 pilləlik irəliləyişlə 11-ci yerə yüksəlib. 

“Böyük Dəbilqə”nin bürünc medalçısı Murad Fətiyev (90 kq) 4 pillə yüksələrək 9-cu yerdə qərarlaşıb. Açelya Toprak (57 kq) isə 8 pilləlik sıçrayışla 27-ci yerdədir.

Namiq HUN

tag: Azərbaycan, Cüdo ,Uşanqi Kokauri ,Turnir ,Böyük Dəbilqə ,Açelya Toprak ,todaypress.az,