“Tritterra Baku Triathlon Club” Ironman turnirində
İdman
01.10.2024 11:55
İspaniyanın Barselona şəhərində Ironman məsafəsi üzrə beynəlxalq turnir keçiriləcək.
TodayPress xəbər verir ki, oktyabrın 6-da start götürəcək yarışda Azərbaycanı “Tritterra Baku Triathlon Club”nun idmançıları Oleksandr Mordasov, Teymur Fərəcov, Kamil Əliyev, Fəxri Əkbərov, Oleq Kuçerov, İzzət Nəfiyev, Tural Mahmudov və Samir Cavadov təmsil edəcəklər.
Ironman normasını yerinə yetirmək uğrunda idmançılar üç sınaqda mübarizə aparacaqlar.
İdmançılar 3,8 km məsafədə üzməli, 180 km məsafəni velosipedlə qət etməli və 42,2 km marafon məsafəsində yürüşdə iştirak etməlidirlər.
Turnirdə 60 ölkədən 3 000 idmançı iştirak edəcək.
Namiq HUN
tag: İspaniya,Ironman ,Oleksandr Mordasov,Teymur Fərəcov,Kamil Əliyev,todaypress.az,