Tripye əsas heyətdəki yerini itirdi

İdman

03.12.2024 02:00

2589

“Nyukasl” klubu növbəti transfer pəncərəsində Kiran Tripyeni başqa kluba buraxmağa hazırdır.

TodayPress xəbər verir ki, futbolçu start heyətində yerini itirib.

“Sağsağanlar” onun üçün alınacaq bütün mümkün təklifləri nəzərdən keçirməyi planlaşdırır. Artıq klub rəhbərliyi agentlərinə Kiranı satmaq istəyi barədə məlumat verib.

Qeydcedək ki, bir neçə ay əvvəl “Milan”, “Atalanta” və “Fənərbağça” İngiltərə millisinin üzvünün xidmətində maraqlı idi.

Trippye cari mövsüm bütün yarışlarda cəmi 8 oyunda meydana çıxıb.

Namiq HUN

tag: Milan, Atlanta, Fənərbağça, Klub, Futbol, todaypress.az,