Trinidad və Tobaqo futbolunun əfsanəsi təyinat aldı
İdman
02.11.2024 14:00
“Mançester Yunayted”in sabiq futbolçusu Duayt Yorka yeni vəzifə verilib.
TodayPress xəbər verir ki, Trinidad və Tobaqo futbolunun əfsanəsi yığmanın baş məşqçisi olub.
52 yaşlı mütəxəssis yeni təyinata qədər Avstraliyanın “Makartur” klubunda çalışıb.
York futbolçu kimi 72 oyun keçirdiyi millidə 19 qol vurub. Hücumçu, 2006-cı il dünya çempionatının final mərhələsində Trinidad və Tobaqo komandasının kapitanı olub.
Qeyd edək ki, futbolçu karyerasını 2009-cu ildə başa vuran Duayt York “Mançester Yunayted”lə Çempionlar Liqasının qalibi və üç dəfə Premyer Liqanın çempionu adını qazanıb.
Namiq HUN
tag: Mançester Yunayted,Duayt Yorka , Avstraliya, Makartur, Liqa, todaypress.az,