Triatlonçular mövsümə Abu Dabidə başlayacaqlar
İdman
18.01.2025 17:30
Beynəlxalq triatlonda yeni mövsüm Dünya seriyası yarışı ilə start götürəcək və yeddi mərhələdən ibarət olacaq.
TodayPress xəbər verir ki, yarışın birinci mərhələsi fevralın 8-9-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə keçiriləcək.
Seriyaya daha bir turnirin əlavə olunması da gözlənilir.
Triatlonun Dünya kuboku yarışları isə 13 turnirdən ibarət olacaq. İlk yarış fevralın 22-23-də Yeni Zelandiyanın Neypir şəhərində keçiriləcək. Burada da təqvimə daha iki Dünya kuboku yarışı əlavə oluna bilər.
Namiq HUN
tag: İdman, Triatlon, Abu Dabi, Dünya kuboku, todaypress.az,