Triatlon yarışının formatı dəyişdirilə bilər
İdman
05.07.2024 12:01
Paris Olimpiadasında triatlon yarışlarının formatı dəyişdirilə bilər. Buna səbəb Sena çayının çirklənməsidir.
TodayPress xəbər verir ki, yarışın üzgüçülük mərhələsi çayda baş tutmalıdır. Senadakı vəziyyət triatlon yarışının formatını təhlükə altına salıb.
Mütəxəssislər çayda suyun keyfiyyətinin aşağı olmasını, bakteriyaların normadan çoxluğunu, yağış yağdıqda isə vəziyyətin daha da pisləşdiyini qeyd edirlər. Təşkilatçılar son anda yarışı duatlona çevirə bilərlər.
Qeyd edək ki, Azərbaycanı triatlonda Rostislav Pevtsov təmsil edəcək. O, karyerasında üçüncü Yay Olimpiya Oyunlarına qatılacaq.
Namiq HUN
tag: Triatlon, Yarış, Paris Olimpiada, Mütəxəssislər, Çay, todaypress.az,