Trey Yanqın 100 min dollarlıq istirahəti

İdman

27.11.2024 09:08

NBA “Atlanta Houks” klubunu 100 min dollar məbləğində cərimələyib.

TodayPress xəbər verir ki, komandanın basketbolçusu Trey Yanqın “Boston Seltiks”lə oyunda meydana çıxmaması Atlanta təmsilçisinə baha başa gəlib. 

Liqa rəhbərliyi noyabrın 12-də keçirilən qarşılaşmada Treyin səbəbsiz yerə meydana çıxmadığını müəyyən edib. 

NBA-nın açıqlamasında “Atlanta”nın liqada basketbolçuların iştirakı siyasətini pozduğu bildirilib.

Liqanın yeni Kollektiv Müqaviləsinə (CBA) əsasən, komandalara oynamaq imkanı olan basketbolçulara istirahət vermək hüququna qadağa qoyulub. Rəhbərlik azarkeş marağı və televiziya reytinqini səbəb gətirərək bu qərarı qəbul edib. 

Namiq HUN

tag: NBA, Liqa, Atlanta, Basketbol,Boston Seltiks, todaypress.az,