Trent İspaniya klubuna keçmək qərarına gəldi

İdman

17.10.2024 13:30

963

İngilətərənin "Liverpul" klubunun müdafiəçisi Trent Aleksander-Arnold İspaniya təmsilçisi "Real"a keçmək qərarına gəlib.

TodayPress xaric KİV-ə istinadən xəbər verir ki, İngiltərə millisnin üzvü gələn yay "Real"a qoşulmağı planlaşdırsa da klub onun keçidini bu qış reallaşdırmaq niyyətindədir.

Qeyd edək ki, 2025-ci ilə qədər "Liverpul"la müqaviləsi olan futbolçu məhz bu klubun yetirməsidir. 25 yaşlı müdafiəçi 2016-cı ildən əsas komandada çıxış edir. Məşhur "Transfermarkt" portalı oyunçunu 70 milyon avro dəyərində qiymətləndirir.

tag: İngiltərə ,Liverpul ,Trent Aleksander, İspaniya ,Real, todaypress.az,