Transfer dövrünün yeni rekordları
Qış transfer pəncərəsində rekord qeydə alınıb.
TodayPress xəbər verir ki, bu barədə FIFA-nın mətbuat xidməti məlumat yayıb.
Transfer dövründə peşəkar klublar futbolçu keçidlərinə 2,35 milyard dollar xərcləyib. Göstərici qış transfer pəncərələri üçün yeni rekorddur.
2024-cü ilin yanvarından 57,9, əvvəlki rekord göstərici olan 2023-cü ildən 47,1 faiz çoxdur.
Hamıdan çox İngiltərə klubları xərcə düşüb. Onlar transferlərə 622 milyon dollar xərcləyiblər.
Transferlərin ümumi sayı 2024-cü illə müqayisədə 20 faizə yaxın artaraq 5863-ə çatıb. Bu göstərici də yeni rekorddur.
Qadın futbolunda da rekord qeydə alınıb. Transferlərə 5,8 milyon dollar xərclənib. Göstərici bir il əvvəlkindən 180 faiz çoxdur.
Namiq HUN
tag: İdman,Futbol,FİFA,Rekord,Todaypress.az,