Tramp Olimpiya Oyunlarının açılışını biabırçılıq adlandırdı
İdman
30.07.2024 09:37
ABŞ prezidentliyinə namizəd Donald Tramp Parisdə keçirilən Olimpiya Oyunlarının açılış mərasimini biabırçılıq adlandırıb.
TodayPress xəbər verir ki, o, bu barədə "Fox News"a müsahibəsində deyib.
“Mən çox geniş dünyagörüşlü insanam. Lakin onların etdikləri biabırçılıq idi” deyə Tramp qeyd edib.
Xatırladaq ki, Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarının açılış mərasimi bir sıra qalmaqallarla müşayiət olunub. Açılış mərasimində Leonardo da Vinçinin Məsihin son yeməyini simvolizə edən “Son Şam yeməyi”nin parodiyası Olimpiya tamaşaçılarının kəskin reaksiyasına səbəb olub. Tamaşada qadın paltarı geyinmiş kişilər iştirak edib.Təşkilatçılar üzr istəməli olublar.
Günəş Mərd
tag: Tramp, Olimpia Oyunları, Paris, Leonardo Da Vinçi, ABŞ, todaypress.az,