Tramp DÇ-2026-nın hazırlıq işlərinə başçılıq edəcək

İdman

08.03.2025 13:15

2033

ABŞ-nin prezidenti Donald Tramp futbol üzrə DÇ-2026-nın Təşkilat Komitəsinin rəhbəri olub.   

TodayPress xəbər verir ki, o, ABŞ, Kanada və Meksikada keçiriləcək yarışla bağlı hazırlıq işlərinə başçılıq edəcək. 

Tramp ABŞ üçün belə turniri keçirməyin böyük şərəf olduğunu bildirib.   

FİFA prezidenti Canni İnfantino ABŞ prezidentinə xüsusi hazırlanmış top bağışlayıb.  Qeyd edək ki, 2026-cı ildə iyunun 11-dən iyulun 19-dək keçiriləcək mundialda 48 komanda qələbə uğrunda mübarizə aparacaq.   

Namiq HUN

tag: Tramp,ABŞ,Fifa,Canni İnfantino,Todaypress.az,