“Traktor”u çempionluqdan 2 qələbə ayırır

İdman

26.04.2025 10:25

14

Futbol üzrə İran çempionatında XXII turdan təxirə salınmış matç keçirilib.   

TodayPress xəbər verir ki, çempionatın lideri, Təbrizin “Traktor” klubu səfərdə “Fulad”ın qonağı olub.   

Gərgin keçən oyunun sonuna hakim 28 dəqiqə əlavə edib.

“Fulad”ın meydanda azlıqda qalmasına baxmayaraq, Abolfazl Zadehattar əlavə olunmuş 20-ci dəqiqədə oyunda hesabı bərabərləşdirib 1:1.

Amma qonaqlar xal itkisi ilə razılaşmayıblar.

Mehdi Hashemnejad əlavə olunmuş 23-cü dəqiqədə “Traktor”un qələbə qolunu vurmaqla komandasına çempionluq yolunda vacib 3 xal qazandırıb 2:1. 

Sona 3 tur qalmış xallarının sayını 61-ə çatdıran “Traktor” ən yaxın izləyicisi “Sepahan”ı 5 xal qabaqlayır.

Təbriz klubunu tarixində ilk çempionluqdan cəmi 2 qələbə ayırır.   

Namiq HUN

tag: Traktor,İran,Qələbə,Futbol,Todaypress.az,