“Traktor” mövsümə 3 xalla başladı

İdman

17.08.2024 09:59

1026

Futbol üzrə İran çempionatında 2024/25 mövsümü  start götürüb. 

TodayPress xəbər verir ki, “Traktor” klubu ilk turda “Mes Rafsanjan”ın qonağı olub. 

Cənubi Azərbaycan təmsilçisi birinci hissədə vurduğu qollarla mövsümə 3 xalla start verib. “Traktor”un heytində Amirhossein Hosseinzadehlə Tomislav Strkalj fərqlənib. 

Qeyd edək ki, “Traktor” ikinci turda “Persopolis”i qəbul edəcək. 

Namiq HUN

tag: Traktor, İran,Mes Rafsanjan,Amirhossein Hosseinzadeh, Futbol, todaypress.az,