“Traktor” Fars Körfəzi Pro Liqasının lideridir

İdman

30.08.2024 10:05

Futbol üzrə İran çempionatında 3-cü turun oyunları keçirilib.

TodayPress xəbər verir ki, bu turda “Havadar”la qarşılaşan “Traktor” darmadağınla liderliyə yüksəlib.

Cənubi Azərbaycan təmsilçisi səfər oyununda 4:0 hesablı qələbə qazanıb. Nüseynzadənin dubl etdiyi matçda Nasemnejad və Strkalj hərəyə bir qol vurublar. 

Təbriz klubu 3 turdan sonra 7 xalla ilk pillədə qərarlaşıb.

Namiq HUN

tag: İran, Çempionat, Havadar, Cənubi Azərbaycan, Təbriz Klubu, todyapress.az,