“Trabzonspor”un borcu 10 milyardı üstələdi

İdman

22.11.2024 11:42

“Trabzonspor” futbol klubunun ümumi borcunun miqdarı açıqlanıb.

TodayPress Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə klub İctimaiyyəti Məlumatlandırma Platformasına hesabat təqdim edib.

Superliqa təmsilçisinin ümumi borcu 10 milyard türk lirəsini keçib.

Həmçinin klub 219 milyondan çox zərərə uğrayıb.

Namiq HUN

tag: Trabzonspor, Klub, Platforma, Türk Lirəsi, Superliqa, todaypress.az,