“Trabzonspor” “Qalatasaray”a rəqib oldu
Futbol üzrə Türkiyə kubokunda ikinci finalçı məlum olub.
TodayPress xəbər verir ki, bir oyundan ibarət yarımfinal mərhələsində “Trabzonspor” klubu öz meydanında “Göztəpə”yə 2:0 hesabı ilə qalib gəlib.
Meydan shiblərinin heyətində Özan Tufan və Oleksandr Zubkov fərqlənib.
Qeyd edək ki, baş mükafat uğrunda həlledici oyunda “Trabzonspor” “Qalatasaray”la qarşılaşacaq.
Türkiyə kubokunun final matçı mayın 14-də Eskişehirdə keçiriləcək.
Namiq HUN
tag: Futbol,Türkiyə,Galatasaray,Kubok,todaypress.az,