"Trabzonspor" "Qalatasaray"a məğlub oldu

İdman

11.05.2025 02:36

16

Türkiyə Superliqasında XXXV turun növbəti oyunu keçirilib.

TodayPress xəbər verir ki, "Trabzonspor" doğma meydanda çempionluq mübarizəsi aparan "Qalatasaray" ilə qarşılaşıb. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İstanbul təmsilçisinin qollarını Abdulkerim Bardakçı və Alvaro Morata vurub.

Bu nəticədən sonra xallarını 86-ya çatdıran "cim-bom" turnir cədvəlinin lideridir. Meydan sahibləri isə 46 xalla səkkizinci yerdədir.

tag: Türkiyə, Superliqa, Trabzonspor, Cim-Bom, todaypress.az,