"Trabzonspor" finalda "Barselona"ya uduzdu
UEFA Gənclər Liqasında 2024/2025 mövsümünün final matçı keçirilib.
TodayPress xəbər verir ki, həlledici oyunda "Barselona" və "Trabzonspor" klubları qarşılaşıb.
Əvvəlki mərhələlərdə "Yuventus", "İnter", "Atalanta", "Zalsburq" kimi rəqiblərini mübarizədən kənarlaşdıran Türkiyə təmsilçisi finalda eyni uğuru təkrarlaya bilməyib. "Barselona" 4:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, ötən mövsümdə turnirin qalibi "Olimpiakos" olmuşdu.
tag: UEFA, Liqa, Barselona, Trabzonspor, İnter, Türkiyə, todaypress.az,