“Trabzonspor” 6 futbolçu ilə vidalaşacaq
İdman
24.12.2024 16:50
Cari mövsüm nəticədən narazı qalan “Trabzonspor” klubu heyətlə bağlı bəzi dəyişikliklər edəcək.
TodayPress Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qara dəniz təmsilçisi 6 futbolçu ilə yollarını ayıracaq.
Bunlar Stefano Densvil, Enis Bardi, Umut Bozok, Borna Barişiç, Hüseyin Türkmən və Serkan Asandır. Adları sadalanan futbolçular mövsümün ikinci yarısında komandada olmayacaqlar.
Qeyd edək ki, Super Liqa təmsilçisi daha əvvəl xorvatiyalı futbolçu Mislav Orsiçlə vidalaşıb.
“Trabzonspor” qış fasiləsinə 19 xalla 13-cü sırada yollanıb.
Namiq HUN
tag: Trabzonspor, Klub, Mövsüm, Liqa, todaypress.az,