"Tour de France"da 200 franklıq öpüş

İdman

08.07.2024 10:44

Fransanın "Lidl-Trek" komandasının velosipedçisi Jülyen Bernar "Tour de France" turunun yeddinci mərhələsində öpüşdüyünə görə cərimələnib.

TodayPress xəbər verir ki, mərhələnin marşrutu velosipedçinin evinin yaxınlığından keçdiyinə görə dostları və qohumları ona dəstək olublar. Yarışçı yoxuşu başa vurduqdan dostları tablolarla ona tərəf qaçıblar və Bernardın arvadı isə onu öpüb.

Buna görə velosipedçi 200 İsveçrə frankı (təxminən 378 manat) məbləğində cərimələnib. Yarışın təşkilatçıları Bernarı nalayiq davranışda və idmanın imicinə xələl gətirməkdə ittiham edib. O, etdiyi hərəkətə görə üzr istəyib.

Namiq HUN

tag: Fransa, Velosipedçi, İsveçrə, Cərimə, Öpüş, todaypress.az,