“Tottenhem” Sonla müqaviləni uzatdı

İdman

07.01.2025 15:45

“Tottenhem” klubu cənubi koreyalı futbolçusu Son Hın Minlə müqaviləni uzadıb.

TodayPress klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni anlaşma 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, 32 yaşlı yarımmüdafiəçi 2015-ci ildən London təmsilçisində forma geyinir. Son Hın Min Premyer Liqanın cari mövsümündə meydana çıxdığı 17 oyunda 5 qol vurub və 6 məhsuldar ötürmə edib. 

Namiq HUN

tag: Koreya ,London ,Yarımmüdafiə, Liqa ,todaypress.az,