"Tottenhem" "Real Madrid"dən inanılmaz məbləğ istədi
“Tottenhem” klubu mərkəz müdafiəçisi Kristian Romeronu “Real”a satmaqdan imtina edib.
TodayPress xəbər verir ki, Madrid təmsilçisi bu yay argentinalı futbolçunu almağa çalışsa da, rədd cavabı alıb.
İspan nəhəngi ilin əvvəlində Romeronun mümkün transferi ilə bağlı London təmsilçisinə müraciət edib. Ingiltərə klubunun rəhbəri Daniel Levi futbolçu üçün inanılmaz məbləğ istəyib.
“Tottenhem” dünya çempionu üçün 175 milyon avro tələb edib.
Qeyd edək ki, 26 yaşlı futbolçu ötən mövsüm Premyer Liqada 33 matçda 5 qol vurub.
"Transfermarkt" portalında Kristian Romeronun dəyəri 65 milyon avro qiymətləndirilir.
Namiq HUN
tag: Tottenhem, Romero, Real Madrid, İspan, Premyer Liqa,London, todaypress.az,