“Tottenhem” Premyer Liqada qələbəyə həsrət qalıb
“Tottenhem” klubu son 20 ildə ən uğursuz mövsüm keçirir.
TodayPress xəbər verir ki, Premyer Liqanın XXXIII turunda səfərdə “Nottingem”ə (1:2) uduzan “Tottenhem” İngiltərə çempionatında keçirdiyi son 7 matçdan 5-də məğlub olub.
London təmsilçisi fevralın 22-dən sonra çempionatda yalnız 1 oyunda qələbə qazanıb və 1 dəfə də heç-heçə edib.
Ümumiyyətlə, “Tottenhem” cari mövsüm Premyer Liqada 18 dəfə uduzub ki, bu da “mahmızlar”ın son 20 ildə ən uğursuz çıxışı deməkdir.
Komanda sonuncu dəfə 2003/2004-cü il mövsümündə bu qədər oyunda uduzub və sonda da yarışı 19 məğlubiyyətlə başa vurub.
Hazırda “Tottenhem” 37 xalla Premyer Liqanın 16-cı komandasıdır.
Namiq HUN
tag: Tottenhem,Premyer Liqa,Qələbə,Oyun,Todaypress.az,