“Tottenhem” Postekoqlunu xəbərdar etdi
“Tottenhem” klubu baş məşqçisi Ange Postekoqlu ilə yollarını ayıra bilər.
TodayPress “Telegraph” nəşrinə istinadən xəbər verir ki, səbəb klubun daxili çempionatda uğursuz çıxış etməsidir.
Klub rəhbərliyi artıq mütəxəssisin əvəzedicilərini tapıb.
“Fulhem”dən Marko Silva və “Bornmut”dan Andoni İraola London təmsilçisini çalışdırmağa əsas namizəd sayılırlar.
“Tottenhem” mövsümün sonunda Avropa Liqasında çempion olmasa, baş məşqçi ilə yollar ayrılacaq.
“Tottenhem” 29 turdan sonra Premyer Liqada 34 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
Namiq HUN
tag: Tottenhem,Məşqçi, Ange Postekoqlu,Xəbərdarlıq,Todaypress.az,