“Tottenhem” kapitanını itirdi

İdman

17.04.2025 09:25

9

“Tottenhem” klubunun futbolçusu Son Hın Min UEFA Avropa Liqasının 1/4 final mərhələsinin “Ayntraxt”la cavab oyununu buraxacaq.   

TodayPress xəbər verir ki, cənubi koreyalı futbolçu cavab matçı üçün Almaniyaya getməyib.   

“Tottenhem”in baş məşqçisi Anqelos Postekoqlu 32 yaşlı hücumçunun ayağını zədələdiyini bildirib.   

Qeyd edək ki, “Tottenhem” və “Ayntraxt” komandalarının 1 həftə əvvəl London görüş 1:1 hesabı ilə başa çatıb.   

Namiq HUN

tag: Tottenham,Son Hın Min,Futbol,Zədə,Todaypress.az,