“Tottenhem” hücumçusu ilə bağlı qərar verdi
İdman
25.12.2024 17:08
“Tottenhem” klubunun rəhbərliyi hücumçu Son Hın Minlə əməkdaşlığı genişləndirmək istəyir.
TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, London klubu cənubi koreyalı futbolçu ilə sözləşməni daha bir il müddətinə uzatmağa hazırdır.
Tərəflər arasındakı hazırkı müqavilə 2025-ci ilin yayında başa çatacaq.
Qeyd edək ki, 32 yaşlı hücumçu cari mövsümdə “Tottenhem”in heyətində meydana çıxdığı 20 matçda 7 qol vurub və 6 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Meydan ,Heyət ,Qol, Mövsüm, Hücum, todaypress.az,