“Tottenhem” ciddi itkilərlə üzləşdi
İdman
19.09.2024 15:07
UEFA Avropa Liqasının Liqa mərhələsində ilk görüşünü "Qarabağ"a qarşı keçirəcək "Tottenhem" klubu əsas heyət üzvlərini itirib.
TodayPress xəbər verir ki, London təmsilçisinin iki futbolçusu İngiltərə kubokunun "Koventri" klubu ilə görüşündə sıradan çıxıb.
“Mahmızlar”ın hücumçusu Timo Verner və vinger Vilson Odeber zədələndikləri üçün meydanı vaxtından əvvəl tərk ediblər.
Qeyd edək ki, "Tottenhem” və “Qarabağ” komandalarının “Tottenhem Hotspur” qarşılaşması sentyabrın 26-da baş tutacaq.
Namiq HUN
tag: UEFA, Avropa Liqası, Tottenhem, London, Timo Verner, todaypress.az,