“Tottenhem” 3 futbolçusunun xidmətindən yararlanmayacaq
UEFA Avropa Liqasının Liqa mərhələsinin ilk turunda “Qarabağ”la qarşılaşacaq “Tottenhem”in heyətindəki itkilər bəlli olub.
TodayPress xəbər verir ki, London təmsilçisi Azərbaycan çempionu ilə matçda üç futbolçusunun xidmətindən yararlana bilməyəcək.
Bunlar Uilson Odobert, Rişarlison və Kristian Romerodur. Sonuncu cəzalı durumda, digərləri isə zədəli olduqlarından “Qarabağ”a qarşı oynamayacaqlar.
Qeyd edək ki, “Tottenhem”lə “Qarabağ” arasında Liqa mərhələsinin matçı sentyabrın 26-da Londonda baş tutacaq.
Namiq HUN
tag: UEFA, Avropa ,London ,Azərbaycan ,Kritian Romero ,Qarabağ ,todaypress.az,