Torres “El-Klasiko”da olmayacaq

İdman

07.10.2024 13:10

“Barselona” klubunun hücumçusu Ferran Torres heyətdəki yerini itirib. 

TodayPress xəbər verir ki, bu barədə “Diario Sport” məlumat yayıb.

Torres sağ budunun arxa hissəsində əzələ qopması səbəbindən noyabr ayına qədər futboldan kənarda qalacaq. 

İspaniyalı futbolçu oktyabrın 26-da “Real”la oyunu buraxacaq. 

Qeyd edək ki, 24 yaşlı futbolçu bu mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 10 oyun keçirib. Ferran Torres bu görüşlərdə 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Namiq HUN

tag: Barselona ,Ferran Torres ,Turnir ,Real ,Hücum, todaypress.az,