Torres dünyanın ən yaxşı müdafiəçiləri sırasında

İdman

09.12.2024 13:57

Azərbaycan millisinin sabiq baş məşqçisi Karlos Alberto Torres dünya futbolunun ən yaxşı müdafiəçiləri sırasında yer alıb. 


TodayPress xəbər verir ki, siyahını Böyük Britaniyanın nüfuzlu "Give me Sport" nəşri tərtib edib.

Torres dünyanın ən yaxşı müdafiəçiləri arasında 9-cudur. 

Siyahıyada birinci pilləni Almaniya millisinin və "Bavariya" klubunun əfsanəvi futbolçusu Frans Bekkenbauer tutur. İtaliya yığma komandasının və "Milan" klubunun sabiq üzvü Paolo Maldini ikinci, Milan təmsilçisinin digər üzvü Franko Barezi isə üçüncüdür.

Qeyd edək ki, braziliyalı Karlos Alberto Torres 2004-2005-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub.

Namiq HUN

tag: Bavariya, İtaliya, Milan, Klub ,todaypress.az,