Toraldan oyun sayında rekord

İdman

18.12.2024 12:14

2024-cü ildə milli komanda və klubda ən çox oyun keçirən futbolçuların siyahısı açıqlanıb.

TodayPress xəbər verir ki, Azərbaycan təmsilçilərindən çempionatda çıxış edənlər arasında rekord Toral Bayramova məxsusdur. 

O, 2024-cü ildə 60 matçda forma geyinib. Toral ilin sonuna qədər bu göstəricidə əlçatmazdır. O, ikinci yerdən 4 görüş çox keçirib və hətta bu fərqi artıra da bilər.

1. Toral Bayramov - 60

2. Ceyhun Nuriyev – 56

3. Yassin Benzia – 55

Toral daha çox oyun keçirsə də, meydanda olduğu dəqiqə sayında 3-cüdür. Ruan Renato bu baxımdan hamını qabaqlayır. 

1. Ruan Renato - 4222

2. Amin Seydiyev - 3799

3. Toral Bayramov - 3728

Qeyd edək ki, dünyanın 66 liqasını əhatə edən siyahıya Jül Kunde başçılıq edir. Fransa millisinin və “Barselona” klubunun müdafiəçisi 69 oyunda 5872 dəqiqə meydanda olmaqla hər iki göstəricidə liderdir.

Namiq HUN

tag: Jül Kunde, Meydan, Fransa, Milli, todaypress.az,