Topuriya: “Konor yerini bil. Sən saxta döyüşçüsən”
İdman
19.10.2024 10:50
Yüngül çəkidə UFC çempionu titulunu qazanan gürcüstanlı İlya Topuriya irlandiyalı Konor Makqreqora müraciət edib.
TodayPress xəbər verir ki, daha əvvəl Makqreqor demişdi ki, “körpə” Topuriya titul uğrunda mübarizədə amerikalı Maks Holloueyi məğlub etməkdə çətinlik çəkəcək.
“Hollouey sizinlə döyüşdən sonra yüz faiz daha yaxşı oldu. Başa düşdü ki, dolanmaq üçün mübarizə aparmaq istəsə, sənin kimi döyüşçülərə uduzmaq olmaz. O, növbəti dəfə səni asanlıqla məğlub edə bilər. Poredən revanş görüşündə nokaut aldın, Neyt Dias da səni döydü. Həbib səni sındırdı. Floyd Meyvezer isə 50 yaşında sənə boks dərsi verdi. Yerini bil. Sən saxta döyüşçüsən” Topuriya sosial şəbəkələrdə yazıb.
Qeyd edək ki, oktyabrın 26-da İlya Topuriya Abu Dabidə (BƏƏ) UFC 308 gecəsində Maks Holloueyə qarşı titul döyüşü keçirəcək.
Namiq HUN
tag: Makqreqor, Maks, Hollouey, Neyt Dias, Həbib, todaypress.az,