Toni Kroosun klub karyerasının son matçı
İdman
02.06.2024 13:30
"Real Madrid"in 34 yaşlı yarımmüdafiəçisi Toni Kroos karyerasında klub səviyyəsində son matçına çıxıb. TodayPress xəbər verir ki, “kral klubu”nun almaniyalı orta xətt oyunçusu "Borussiya" ilə Çempionlar Liqasının finalında start heyətində meydana çıxıb və 86-cı dəqiqədə əvəzlənib.
Kroos 2014-cü ilin iyulunda "Bayern"dən "Real Madrid"ə keçib. Futbolçunun transfer məbləği 25 milyon avro olub. Kroosun klubla müqaviləsi 2024-cü ilin yayında başa çatır. Transfermarkt portal yarımmüdafiəçini ümumilikdə 12 milyon avro dəyərində qiymətləndirir.
Toni Kroos "Real Madrid"lə 4 İspaniya Çempionatı, 1 İspaniya Kuboku və 4 İspaniya Super Kuboku, həmçinin 4 Çempionlar Liqası kuboku, 4 UEFA Super Kuboku və 5 Klublararası Dünya Kuboku qazanıb.
Namiq HUN
tag: Toni Kroos, Real Madrid, UEFA Super Kuboku, İdman, Football,