Toni Kroosdan şok açıqlama

İdman

19.06.2024 11:20

Almaniya millisinin yarımmüdafiəçisi Toni Kross Avropa çempionatının Şotlandiya ilə açılış matçında (5:1) boyun ağrısı ilə oynayıb. 

TodayPress xəbər verir ki, matçdan dörd gün əvvəl futbolçunun boyun nahiyəsində şiddətli ağrılar olub. Ağrı o qədər güclü olub ki, yarımmüdafiəçi matçda iştirak edə bilməyəcəyini bəyan edib.

Toni ağrıkəsicilərin və kinezioloji lentin təsiri altında oynayıb. Kross 80 dəqiqə meydanda olub. Yarımmüdafiəçi matçdan sonra performansından razı qaldığını deyib.

Xatırladaq ki, Toni Kroos Avropa çempionatından sonra karyerasını başa vuracaq. Almaniya millisi ilə 2014-cü ildə dünya çempionu titulunu qazanan yarımmüdafiəçi meydana çıxdığı 106 matçda 17 qol vurub

Namiq HUN

tag: Toni Kroos, Almaniya, Şotlandiya, Avropa , Çempionat, todaypress.az,