Tonali Kroosun əvəzləyicisi olacaq?
İdman
19.10.2024 10:30
“Real Madrid” futbol klubu “Nyukasl”ın 24 yaşlı mərkəz yarımmüdafiəçisi Sandro Tonali ilə maraqlanır.
TodayPress “Milan Live”ə istinadən xəbər verir ki, “Los Blankos” italyan futbolçunu komandanın keçmiş yarımmüdafiəçisi Toni Kroosun əvəzedicisi kimi görür.
“Sağsağanlar” 50 milyon avroya Tonalini satmağa razıdır.
Qeyd edək ki, cari mövsüm Tonali bütün turnirlərdə altı matçda “Nyukasl”ın formasını geyinib.
Futbolçunun klubla müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında Sandro Tonalinin transfer dəyəri 38 milyon avro qiymətləndirilir.
Namiq HUN
tag: Real Madrid, Tonali, Nyukasl, Transfermarkt, todaypress.az,