Tomas Müller Bundestimlə vidalaşdı

İdman

15.07.2024 14:20

Hüçumçu Tomas Müller Almaniya millisindəki karyerasını başa vurub.

TodayPress xəbər verir ki, Avropa çempionatının İspaniya ilə 1/4 final matçı “Bavariya”nın 34 yaşlı forvardı üçün yığmada son görüşü olub. 

Qeyd edək ki, Tomas Müller Bundestimin heyətində meydana çıxdığı 131 matçda 45 qol vurub. O, 2014-cü il Dünya çempionatının qalibi olub. Müller həmçinin 2010-cu il mundialının da bürünc mükafatçısıdır. Forvard 2012 və 2016-cı il Avropa çempionatlarının üçüncüsü olub. 


Namiq HUN

tag: Almaniya, Tomas Müller, Bundestim, İdman, Futbol, todaypress.az,