Tokio olimpiadasının mükafatçısı karyerasını bitirdi

İdman

05.12.2024 14:33

2339

Tokio Olimpiadasının bürünc mükafatçısı Jeremi Deplanş karyerasını bitirib.

TodayPress İsveçrə Üzgüçülük Federasiyasına istinadən xəbər verir ki, o, hələ bu ilin yayında peşəkar idmanla vidalaşcağı mesajını vermişdi. 

Parisdə keçirilən olimpiada 30 yaşlı idmançının karyerasında sonuncu böyük beynəlxalq yarış olub. 

Qeyd edək ki, Jeremi Deplanş Tokio Olimpiadasında 200 metr məsafəyə sinxron üzgüçülük yarışında 3-cü yeri tutub. 

O, həmçinin dünya çempionatının gümüş, Avropa çempionatının isə qızıl və gümüş mükafatçısıdır.

Namiq HUN

tag: Kariyera ,Olimpiada ,Üzgüçülük, İsveçrə, todaypress.az,