Tiaqo Motta Turində məskunlaşdı

İdman

13.06.2024 00:10

2808

"Yuventus" yeni baş məşqçisinin adını açıqlayıb.

TodayPress xəbər verir ki, "Bolonya" klubunun sabiq baş məşqçisi Tiaqo Motta "qoca sinyora" ilə 3 illik müqavilə imzalayıb. O, yeni klubunda illik 3,5 milyon avro qazanacaq.

“Yuventus kimi böyük kluba rəhbərlik edəcəyimə çox xoşbəxtəm. Mən “ağ-qara” rənglərin qürurunu qorumaq və azarkeşləri sevindirmək ambisiyalarıma güvənən rəhbərliyə minnətdaram” Motta deyib.

 Qeyd edək ki, 41 yaşlı Tiaqo Motta 2018-ci ildə futbolçu karyerasını başa vurub. Onun son klubu PSJ olub. Motta 2018/2019-cu illər mövsümündə Paris təmsilçisinin 19 yaşadək futbolçulardan ibarət komandasına rəhbərlik edib. Braziliyalı mütəxəssis daha sonra İtaliyanın “Cenoa” və “Spetsia” klublarını çalışdırıb. 2022-ci ilin sentyabrından Motta son mövsüm A Seriyasını 5-ci yerdə bitirərək Çempionlar Liqasında iştirak hüququ qazanan “Bolonya” klubuna rəhbərlik edib.

 Namiq HUN

tag: "Yuventus", Tiaqo Motta, Braziliya, Paris, todaypress.az,