Tiafo böyük məbləğdə cərimələndi

İdman

14.11.2024 14:40

ABŞ tennisçisi Frensis Tiafo Çində keçirilən turnirin üçüncü dövrəsində rusiyalı Roman Safiullinə qarşı matçın nəticəsinə görə böyük məbləğdə cərimələnib.

TodayPress “Eurosport”a istinadən xəbər verir ki, Peşəkar Tennisçilər Assosiasiyası Tiafonu 120 min dollar cərimələyib. Tennisçi hakimə qarşı təhqirlərə görə ziyana düşüb.

Qeyd edək ki, Frensis Tiafo - Roman Safiullin qarşılaşması amerikalı tennisçinin məğlubiyyəti ilə başa çatıb 1:2 (7:5, 5:7, 6:7).

Namiq HUN

tag: ABŞ, Tennis,Frensis Tiafo, Turnir, Çin, todaypress.az,