TFF-nin prezidenti istefa verib?

İdman

25.11.2024 11:11

Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlunun istefa verdiyi ilə bağlı xəbərlər yayılıb.

TodayPress xəbər verir ki, federasiya prezidenti yayılan xəbərlərə aydınlıq gətirib.

Hacıosmanoğlu haqqındakı iddiaların tamamilə əsassız olduğunu bildirib:

“Bu gün mənim Türkiyə Futbol Federasiyasının prezidenti vəzifəsindən istefa verməyimlə bağlı əsassız xəbərlər və şayiələr dolaşıb. İctimaiyyətin nəzərinə çatdırmaq istəyirəm ki, xəbərlər heç bir şəkildə həqiqəti əks etdirmir.

Bizim həyatımız bir növ mübarizə ilə keçdi. Üzərimizə götürdüyümüz hər bir vəzifəyə canımızı qoyduq. Hər addımı vətən sevgisi ilə atdıq. Bu gün də eyni inanc və əzmlə yolumuza davam edirik.

Bizim üçün vacib olan inandığımız dəyərlər uğrunda mübarizəyə davam etməkdir. İctimaiyyəti iddialarla çaşdırmaq cəhdləri heç vaxt öz məqsədinə çatmayacaq və qurumumuzun missiyasına xələl gətirməyəcək”.

Namiq HUN

tag: Türkiyə, Futbol, Prezident, İctimai, İstefa, todaypress.az,