TFF Mourinyonu cəzalandırdı

İdman

09.11.2024 02:00

Türkiyə Futbol Federasiyasının (TFF) İntizam Komitəsi “Fənərbağça” klubunun baş məşqçisi Joze Mourinyonu cəzalandırıb.

TodayPress xəbər verir ki, TFF portuqaliyalı mütəxəssisi 1 oyunluq diskvalifikasiya edib. Məşqçi həmçinin, 958 min türk lirəsi məbləğində cərimə olunub.

Qeyd edək ki, Joze Mourinyo Super Liqanın XI turunun “Trabzonspor”la matçından sonra azarkeşlərə jestlər edib. O, həmçinin hakimlər barədə sərt ifadələr işlədib. 

Namiq HUN

tag: Fənərbağça, Türkiyə, Trabzonspor, Liqa,Joze Mourinyo,TFF, todaypress.az,