TFF millinin heyətində dəyişiklik etdi

İdman

09.10.2024 09:26

2433

UEFA Millətlər Liqasında Monteneqro və İslandiya yığma komandaları ilə qarşılaşacaq Türkiyə millisinin heyətində dəyişiklik olub. 

TodayPress xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb. 

Yarımmüdafiəçi İsmail Yüksek (“Fənərbağça”) və qolkiper Mert Günok (“Beşiktaş”) heyətdən çıxarılıb.   

Mertin əvəzinə “Eyüpspor”un qapıçısı Berke Özer yığmaya çağırılıb.  TFF-nin verdiyi açıqlamaya görə, hər iki futbolçu zədədən əziyyət çəkir.

Onlar qarşılaşmalara kimi tam sağalmadıqlarına görə millidən çıxarılıblar.   

Hər iki futbolçu klubunda müalicəsini davam etdirəcək. 

Qeyd edək ki, Türkiyə millisi oktyabrın 11-də Monteneqro, 3 gün sonra isə İslandiya yığma komandası ilə qarşılaşacaq.   

Namiq HUN

tag: UEFA ,Millətlər Liqası,Türkiyə millisi,Eyüpspor,todaypress.az,