TFF İstanbul nəhənglərini cəzalandırdı

İdman

28.02.2025 09:18

1965

TFF İstanbul nəhənglərini cəzalandırdı Türkiyə Futbol Federasiyası (TFF) “Fənərbağça”nın baş məşqçisi Joze Mourinyonu və “Qalatasaray”ın çalışdırıcısı Okan Buruku cəzalandırıb.

TodayPress xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Joze Mourinyo Super Liqanın XXV turunun “Qalatasaray”la səfər matçından sonra türk hakimlərin ünvanına xoşagəlməz ifadələr səsləndirmiş və mətbuat konfransında rəqib futbolçuları meymun adlandırmışdı.

Portuqaliyalı mütəxəssis bu səbəbdən 4 oyunluq cəzalandırılıb. Okan Buruk isə İstanbul derbisindən sonra mətbuat konfransında dediyi qeyri-etik sözlərə görə 1 oyunluq cəza alıb.

“Fənərbaxça” azarkeşlərinin tribunada yaratdığı insidentlər səbəbindən qarşıdakı 2 səfər matçını azarkeşsiz keçirəcək. “Qalatasaray”da isə klubun prezidenti Dursun Özbek 34 gün müddətinə hüquqlarından məhrum edilib və 3 milyon türk lirəsi məbləğində cərimələnib.

Namiq HUN

tag: Fənərbaxça,TFF ,Klub ,Cəza ,Todaypress.az,