TFF “Adana Demirspor”u cəzalandırdı

İdman

14.02.2025 11:25

1989

Türkiyə Futbol Federasiyasının (TFF) İntizam Komitəsi Super Liqanın XXII turunda yarımçıq qalan “Qalatasaray” – “Adana Demirspor” matçı ilə bağlı qərarını açıqlayıb. 

TodayPress TFF-nin rəsmi saytına istinadən xəbər verir ki, “Adana Demirspor” meydanı qəfil tərk etdiyi üçün 0:3 hesablı texniki məğlubiyyət alıb. 

Həmçinin klubun aktivindən 3 xal silinib.   

Bundan başqa, klub prezidenti Murat Sancak “Adana Demirspor”u meydandan çıxardığı üçün 30 günlük diskvalifikasiya və 500 000 TL (23 537 manat) pul cəriməsinə məruz qalıb. Klubun digər rəsmisi Cihan Eliçiçekə isə analoji davranış səbəbindən 3 oyunluq diskvalifikasiya və 292 500 TL (13 774 manat) cərimə ilə cəzalandırılıb.   

Qeyd edək ki, hadisə “Qalatasaray” 1:0 hesabı ilə öndə olduğu vaxt, 30-cu dəqiqədə lehinə penalti təyin olunmasına etiraz əlaməti olaraq baş verib. 

 Namiq HUN

tag: Qalatasaray,Türkiyə Futbol Federasiyası, XXII ,Adana Demirspor,Todaypress.az,