Təyyarə qəzasında vəfat edənlərdən biri futbolçudur

İdman

26.12.2024 18:40

Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində vəfat edənlər arasında futbolçu da olub.

TodayPress xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. 

13 yaşlı Məhəmmədəli Eqanov Bakının “Gənclik” klubunda çıxış edib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən "Embraer” tipli sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. 

Namiq HUN

tag: AZAL, Təyyarə, Qəza, Aktau, Futbolçu, todaypress.az,