Tətildən gec qayıtdlarına görə heyətdən kənarlaşdırıldılar

İdman

04.01.2025 17:40

2877

"Samsunspor"un baş məşqçisi Tomas Reis Yeni il tətilindən gec qayıdan futbolçularını cəzalandırıb. 

TodayPress xəbər verir ki, bu barədə klub açıqlama yayıb. 

Belə ki, Olivier Ntcham, Landry Dimata, Gaetan Laura və Flavien Taitini məşqlərdən kənar buraxılıb.

Bununla yanaşı, adıçəkilən futbolçuların sabah keçiriləcək "Trabzonspor"la oyunda da yer ala bilməyəcəyi vurğulanıb.

tag: Tətil ,Gec ,Samsunspor ,Kənarlaşdırma, todaypress.az,