Tətil dalğası Olimpiadanın startını gecikdirə bilər

İdman

19.07.2024 11:06

Paris Olimpiadasının açılış mərasimi baş tutmaya bilər.

TodayPress xəbər verir ki, Paris Yay Olimpiya Oyunlarının açılış mərasiminin təşkilatçıları tətil barədə atrtistlərin həmkarlar birliyinin nümayəndələrindən bildiriş alıblar. Fransa İfaçı Sənətçilər İttifaqında artistlərin maaşı ilə bağlı qalmaqal yaşanıb.

Tətil təkcə Olimpiya Oyunlarının açılış mərasimini təhlükə altına salmayıb. Paralimpiya Oyunlarının açılışı üçün məşq də baş tutmaya bilər.

“Bu gün Paris küçələrində hər yerdə “Birlikdə daha çox şeyə nail oluruq” şüarı səslənsə də, qeyd edirik ki, bizim iş şəraitimiz birlikdə və yaxşılığa doğru müzakirə olunmayıb. Mərasimlərə hazırlıq zamanı rəftarda kobud bərabərsizlikləri və sosial dialoqun olmamasını da vurğuladıq” bəyanatda deyilir.

Qeyd edək ki, iyulun 26-da Sena çayında keçiriləcək açılış mərasiminə 3000 ifaçı və 400 rəqqas cəlb edilib. 

Xatırladaq ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Namiq HUN

tag: Olimpiada, Tətil, Sena, Mərasim, Pari 2024, todaypress.az,