Terimin futbolçuları məşqə çıxmaqdan imtina etdilər

İdman

04.03.2025 16:25

2895

Səudiyyə Ərəbistanının “Əl-Şabab” klubu maliyyə böhranı ilə üzləşib.   

TodayPress yerli mətbuata istinadən xəbər verir ki, türkiyəli futbol mütəxəssisi Fatih Terimin baş məşqçi olduğu komandada maaşlar bir müddətdir ödənilmir. 

Futbolçular məşqə çıxmaqdan imtina ediblər. “Əl-Şabab”ın idarəçilikdən narazı olan bəzi klub rəsmilərinin istefa verdiyi iddia olunur. 

Qeyd edək ki, Fatih Terim ötən ilin dekabr ayında Səudiyyə Ərəbistanı təmsilçisinə baş məşqçi təyin edilib.   

Hazırda komanda Pro Liqada 39 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.   

Namiq HUN

tag: Fatih terim,Əl-Şabab,Maliyyə,Böhran,Todaypress.az,