Terim “Əl-Şabab” klubunu çalışdıracaq?

İdman

26.12.2024 09:22

Fatim Terim Səudiyyə Ərəbistanından təklif alıb. 

TodayPress Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, bu ölkədə məşqçilik fəaliyyətinə başlaya bilər.

“Əl-Şabab” klubu mütəxəssisə rəsmi təklif göndərib. Tərəflər arasındakı danışıqların müsbət məcrada davam etdiyi bildirilir. 

Terim “Əl-Şəbab”da İngiltərənin “Vulverhempton” klubuna yollanan baş məşqçi Vitor Parreyranı əvəzləyə bilər. 

Qeyd edək ki, “Əl-Şabab” klubu Səudiyyə Ərəbistanı Pro Liqasının 23 xalla 6-cı komandasıdır. 

Namiq HUN

tag: Ərəbistan ,Liqa ,Klub, Məşqçi,todaypress.az,